MEK əməkdaşı Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının beynəlxalq konfransında çıxış etdi
  
2162
Sentyabrın 13-də Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfrans (TECIS 2018) öz işinə başlayıb. “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi Züriyə Qarayeva ``Azərbaycanda etnik stabillik və onun beynəlxalq stabilliyə təsiri`` mövzusunda təqdimatla çıxış edib. Sözü gedən təqdimatda ölkəmizdə etnik azlıqlarla bağlı tolerant mühit, Azərbaycanın dünyada islamafobiyaya qarşı mübarizə üçün əsl nümunə dövlət olması və bu amillərin regiondakı stabilliyə müsbət təsiri qeyd edilib. Eyni zamanda Ermənistan və Azərbaycanın bu istiqamətdə dövlət siyasəti müqayisə olunaraq, işğal edilmiş ərazilərdə tarixi, dini abidələrimizin vandalizmə məruz qalması, Azərbaycanda isə ermənilərə məxsus Qriqoryan kilsəsinin restavrasiyası, kitablarının və əlyazmalarının isə qorunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, tədbirin təşkilində Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Limanı, xarici ölkələrdəki səfirliklərimiz, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Avstriya QHT-ləri və ali təhsil ocaqları dəstək göstəriblər. Alimlər “TECIS 2018”in - avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini əks etdirən tədbirin dünya elminə töhfə verəcəyinə əminliklərini bildiriblər. Beynəlxalq konfrans sentyabrın 15-dək davam edəcək.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82