MEK-də “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium keçirilir
  
2156

AMEA-nın Tarix İnstitutu AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, sentyabrın 13-ü və 14-ü “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Beynəlxalq konfrans Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunub. Konfransın digər təşkilatçısı Türkiyənin Atatürk Araşdırma Mərkəzidir. Beynəlxalq konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlərin 100-dək məruzəsi dinləniləcək.

Qeyd edək ki, AXC-100 çərçivəsində Prezident sərəncamlarının icrasına uyğun olaraq MEK tərəfindən kitabxananın Sərgi salonunda Bakının bolşevik-daşnak işğalından azad olunmasının və paytaxt elan edilməsinin 100 illiyi münasibətilə sərgi açılıb. Bundan başqa, il ərzində MEK tərəfindən AXC-100 çərçivəsində Şamaxıdakı türk şəhidliyinin ziyarəti və ağacəkmə aksiyası, Türkiyədən əldə olunan AXC-yə aid qiymətli arxiv sənədlərinin araşdırmaçı Əfqan Vəliyev tərəfindən MEK-ə təqdim edilməsi, Vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın keçirilməsi, “Azərbaycan Xalq Cümhuriyyəti - 100 işığında Azərbaycan Silahlı Qüvvələri günü” informasiya blokuna MEK-in töhfəsi”, Bakı şəhərindəki orta məktəblər arasında “Vətənim Azərbaycan” mövzusunda şeir qiraəti müsabiqəsi, “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi”, MEK könüllüləri tərəfindən vikipediyada 500-dən çox məqalənin yaradılması kimi tədbirlər həyata keçirilib. Qeyd olunan tədbirlərin xəbərləri də əks olunmaqla, MEK fondlarında AXC-yə aid olan bütün sənədlərin elektron kataloqa salınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilməsi təşkil edilib.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82


FirstPrev12NextLast