Əli Həsənovun özbək dilində çap olunmuş kitabları MEK-ə daxil olub
  
2135

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, Əməkdar dövlət qulluqçusu Əli Həsənovun özbək dilində nəşr edilmiş “Geosiyasət” və “Azərbaycanlılara qarşı etnik soyqırımı və ya milli qırğın siyasəti. Xocalı milli qırğını” adlı kitabları daxil olub. Geosiyasət elminin müasir izahının verildiyi və Azərbaycana qarşı etnik soyqırım və milli qırğın siyasətini əks etdirən kitablar Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azər TAC) birgə layihəsi əsasında çap edilib. 


İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com

(012) 537 19 82