MEK-ə Siyasi Sənədlər Arxivindən ikicildlik sənədlər toplusu daxil olub
  
2132

AMEA Mərkəzi Elmi Kitabxanasına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivindən ikicildlik sənədlər toplusu daxil olub.
Cari ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (AR Pİİ SSA) ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Международные связи Азербайджана в документах (июль 1969 года – ноябрь 1982 года)” adlı rus dilində nəşr olunmuş ikicildlik kitabın təqdimatını keçirib. Sənədlər toplusunda AR Pİİ SSA-da mühafizə olunan və Ümummilli Liderin imzası olan Azərbaycan SSR-in beynəlxalq əlaqələrinə dair mühüm sənədlər öz əksini tapıb.
“Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969 – noyabr 1982)” adlı kitabın I cildində AR Pİİ SSA-da Azərbaycan SSR-i ali partiya orqanlarının 1960-ci ilin əvvəlindən – 1980-ci ilin əvvəlinə kimi fəaliyyəti haqqında sənədlər dərc olunub. Buraxılışda məxfi və tam məxfi sənədlər aşkar olunub. Həmçinin Azərbaycan Kominist Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin büro, katiblik və xarici əlaqələr şöbəsinin 1969-ci ilin iyul –1975-ci ilin dekabrına kimi illəri əhatə edən məxfi sənədləri nəşr olunub.
II cilddə AR Pİİ SSA-da Azərbaycan SSR-i ali partiya orqanlarının 1960-ci ilin sonundan – 1980-ci ilin əvvəlinə kimi illəri əhatə edən sənədlər dərc olunub. Buraxılışda 1991-ci ildə aşkar olunmuş sənədlər də yer alıb.
Azərbaycan Kominist Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin büro, katiblik və xarici əlaqələr şöbəsinin 1976-ci ilin fevralından 1982-ci ilin noyabr ayına kimi fəaliyyət sənədləri kitabda çap olunub.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82