MEK-də akademik Azad Mirzəcanzadənin biobiblioqrafik göstəricisi hazırlanıb
  
2131

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən akademik Azad Mirzəcanzadənin biobiblioqrafik göstəricisi hazırlanıb. AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan, alimin 90 illik yubileyinə həsr olunmuş kitab “Azad Xəlil oğlu Mirzəcanzadə. Biobiblioqrafik göstərici” adlanır. Biobiblioqrafik göstərici universal zəka sahibi, texnika elmləri doktoru, professor, AMEA-nın, Rusiya Təbii Elmlər Akadmiyasının, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü, Başqırdstan Elmlər Akademiyasının fəxri akademiki, Şərq Neft Akademiyasının prezidenti, Əməkdar elm və texnika xadimi Azad Xəlil oğlu Mirzəcanzadənin  həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini və bu fəaliyyətlərin əsas tarixlərini, elmi əsərlərin biblioqrafikasını, həmçinin alim haqqında yazılmış mənbələri əks etdirir.
Kitab tətbiqi mexanika və neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82