MEK-in təşkilati dəstəyi ilə Beynəlxalq Əlillər Cəmiyyəti İB-nin yekun hesabatı keçirilib
  
2118

26 iyul 2018-ci il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasının(MEK) təşkilati dəstəyi ilə Beynəlxalq Əlillər Cəmiyyəti İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə ilə bağlı tədbir keçirilib. Layihənin məqsədi həmin kateqoriyalı vətəndaşların həyatda rastlaşdıqları tibbi, hüquqi, psixoloji problemlərinin öyrənilərək həllinə nail olunması, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiya və reabilitasiyasına köməklik göstərilməsindən ibarət olub.
Layihə rəhbəri, Beynəlxalq Əlillər Cəmiyyəti İB-in sədri Tahir Xudiyev layihənin məqsədi ilə yanaşı İB-in gördüyü hər bir işlərdə  məqsədin ölkə rəhbərliyinin imtiyazlı vətəndaşların sosial müdafiəsinə, onların hüquqlarının qorunmasına göstərdiyi yüksək diqqət və qayğıya, ardıcıl siyasətə dəstək vermək və bütün cəmiyyətin diqqətini bu xeyirxah işə yönəltməkdən ibarət olduğunu bildirib.
Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə elmlər doktoru, Beynəlxalq Əlillər Cəmiyyəti İB-in İdarə Heyəti üzvü, Leyla İmanova layihə tərəfindən əhatə edilmiş əhali qruplarının cəmiyyətə sağlam inteqrasiyası üçün qarşıya qoyulmuş vəzifələrin tam şəkildə icra edildiyindən danışıb və imtiyazlı vətəndaşların sosial, tibbi, psixoloji və hüquqi problemlərinin həlli istiqamətində əlavə təkliflər hazırlanaraq aidiyyəti dövlət təşkilatlarına təqdim ediləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Beynəlxalq Əlillər Cəmiyyəti İB-in İdarə Heyəti üzvü, layihənin icracılarından  olan Məlahət Abdullayeva 3 ay davam edən layihə zamanı İB-yə köməklik üçün müraciət edən 10-larla imtiyazlı vətəndaşların sosial, tibbi, psixoloji problemlərinin həlli ilə bağlı aidiyyatlı dövlət təşkilatlarına müraciətlər edildiyindən, İB-ə e-mail və qaynar xətt vasitəsi ilə köməklik üçün müraciət edənlərlə maarifləndirici söhbət aparıldığından danışıb və yeri gəldikcə onlara İB-in psixoloqu Səidə Musayeva tərəfindən psixoloji yardımların göstərildiyini bildirib.
İB-in İdarə Heyəti üzvü, tibb elmləri doktoru Əhməd Babayev, İB-in Hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Fərman Rzayev layihənin icrası zamanı maarifləndirici tədbirlərin əhəmiyyətindən, eləcə də  layihənin icrasının tam şəfvaflıq şəraitində aparıldığından və hesabatlılıq prinsiplərinə uyğun olaraq daima  İB-in saytında və mediada işıqlandırıldığından danışıb.
İB-in Qarabağ üzrə nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov regionda bu istiqamətdə görülən sosial yönümlü işlərdən danışıb, eyni zamanda bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına İB-in kollektivi adından təşəkkürünü bildirib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Rövşən Hacıyev Beynəlxalq Əlillər Cəmiyyəti İB ilə uzun illər ərzində əməkdaşlıq çərçivəsində imtiyazlı məhbusların özləri və ailələri üçün görülən işləri yüksək qiymətləndirib, bu əməkdaşlığın davamlı olacağına ümid etdiyini qeyd edib. 
Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşı Elbariz Məmmədli respublikamızda həqiqi mənada ictimai fəaliyyət göstərən, imtiyazlı vətəndaşların problemlərinin həllinə daima dəstək verən Beynəlxalq Əlillər Cəmiyyəti İB-in gördüyü işləri müsbət qiymətləndirib. Qeyd edib ki, bu tədbir kağız üzərində hesabat deyil, görülən işlərin müsbət nəticəsidir.
Çıxış edənlər - Beynəlxalq Əlillər Cəmiyyəti İB-in İdarə Heyəti üzvü, AMEA Elm TV-nin direktoru Xatirə Cabbarzadə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Röfət Quliyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev, Müdafiə Nazirliyinin əməkdaşları Zümrüd Səmədova və Rüfət Mehrəliyev, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elçin Qədimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Şövkət Bəkirov, Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək İB-in sədri Səbinə Kərimova, müəllimə Sairə Rəsulova da layihənin vacibliyindən danışıblar və  gördülən işləri təqdirəlayiq sayıblar.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ramil Baxşəliyev, Nizami RİH-nin nümayəndəsi Eldəniz Zeynalov, Milli Kitabxananın əməkdaşı Aybəniz Məmmədova, Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı Elnur Quliyev, Ədliyyə Nazirliyinin əməkdaşı Nizami Əliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Cahangir Atakişiyev, QHT və KİV nümayəndələri  iştirak ediblər.

 


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82
FirstPrev123NextLast