MEK-də EBSCO məlumat bazasının seminarı keçirilib
  
2002

AMEA Mərkəzi Elmi Kitabxanası “EBSCO məlumat xidmətlərindən istifadə qaydaları” mövzusunda növbəti təlim keçirib. Təlimdə EBSCO-nun Azərbaycan Respublikası üzrə təmsilçisi İrina Kreyçarova slaydlı təqdimatla çıxış edib. ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO-nun qısa tarixindən danışan İ. Kreyçarova xatırladıb ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir. Ümumilikdə EBSCO məlumat bazası 20-yə yaxın mövzunu özündə birləşdirir.
Sonda fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82