MEK “Milli Mətbuat Günü” münasibəti ilə media qurumlarını və jurnalistləri fərqləndirəcək
  
1996

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 18 iyul 2018-ci il tarixdə “Milli Mətbuat Günü”nə həsr olunmuş “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbir keçirəcək. Tədbirdə MEK-in Kitabxana-xidmət, Sərbəst Elektron Resurslar, İnformasiya resurslarına nəzarət və əlaqələndirmə, Beynəlxalq və ictimaiyyətlə əlaqələr, Rəqəmsallaşdırma, İnnovativ layihələr, Proqramçılar şöbələrinin mövzu üzrə əlaqələndirilmiş fəaliyyəti təqdim olunacaq. KİV nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin iştirak edəcəyi tədbirdə MEK-in innovativ fəaliyyətini obyektiv əks etdirmiş media qurumları (televiziya, radio, qəzet və jurnal, sayt, veb-səhifə, sosial şəbəkələr) və jurnalistlər ictimaiyyətə təqdim olunacaq. Tədbir saat 11:00-da MEK-in Böyük Konfrans zalında (IVmərtəbə) keçiriləcək. Tədbirə giriş sərbəstdir.


MEK İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com
(012) 537 19 82