AMEA Mərkəzi Elmi Kitabxanasının Elmi Əsərlər jurnalı yenidən nəşrə başlayır
  

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Elmi Əsərlər jurnalı yenidən nəşrə başlayır

Mərkəzi Elmi Kitabxana 20.11.2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə (3816) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmiş İSSN: 2219-5874 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalını çap və elektron formatda nəşrini davam etdirir.

Jurnalda kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst elektron resurslar, o cümlədən ensiklopediyalar, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.), eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya, dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək. Jurnalın xüsusi buraxılışları xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq.

Texniki tələblər: Məqalələr müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri,  Azərbaycan, ingilis və rus dillərində xülasə və açar sözlər, ədəbiyyat siyahısı daxil olmaqla 1500-4500 söz həcmində, Arial” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0” ölçü, mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır.

Yeni buraxılışın 1-ci sayı üçün məqalələr 5 avqust, 2018-ci il tarixinə qədər cecilia.hazai@gmail.combekirleyla@gmail.com ünvanlarına göndərilməlidir.

Elektron məktubun mövzusu:

SCIENTIFIC PAPERS. CLS ANAS + müəllifin adı və soyadı

Zəruri hallarda əlaqə nömrəsi:

012 5371982

5 iyul, 2018

İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com
(012) 537 19 82