MEK-ə “Əhəd Ələkbər oğlu Yaqubov. Biobiblioqrafik göstərici” kitabı daxil olub
  
1993

AMEA Mərkəzi Elmi Kitabxanasına “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından tərtib etdiyi “Əhəd Ələkbər oğlu Yaqubov. Biobiblioqrafik göstərici” kitabı daxil olub.
AMEA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Əhəd Ələkbər oğlu Yaqubovun biobiblioqrafik göstəricisi 1933-1979-cu illəri əhatə edir. Biobiblioqrafik göstərici 8 bölmədən ibarətdir. Biobiblioqrafik göstəriciyə Əhəd Yaqubovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, alim haqqında qısa oçerk, elmi əsərlərinin-monoqrafiyalarının, dərslik və dərs vəsaitlərinin, dövrü, ardı davam edən və serialı nəşrlərdə Azərbaycan və rus dillərində dərc olunmuş məqalələrinin, konfranslardakı məruzə və çıxışlarının, elmi-tədqiqat işlərinin biblioqrafiyası daxil edilib. Vəsaitdə həmçinin Ə. Yaqubovun redaktə etdiyi elmi əsərlər-kitablar, elmi rəhbəri olduğu dissertasiya işləri, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri də yer alıb.
Biobiblioqrafik göstərici geologiya və geofizika sahəsi üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82