MEK-də akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunmuş sərgi açılıb
  
1986

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Əməkdar elm xadimi, biologiya elmləri doktoru, akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Sərgidə kitabxana fondlarında mühafizə olunan, Azərbaycan və digər dillərdə nəşr edilmiş “Qarğıdalının seleksiyası və toxumçuluğu”, “Mən deyən vaxt gəl Muğana”, “Bioloji müxtəliflik”, “Azərbaycanın su hövzələri və onlardan istifadə edilməsi”, “Azərbaycanın elm və mədəniyyət xadimləri. Biblioqrafiya”, “В этот мир я не вмещусь”, “Геноцид”, “Das genozid” kimi  kitablar nümayiş olunur.

Məlumat üçün bildirək ki, akademikin kitabxana fondlarında mühafizə edilən bütün əsərləri MEK-in elektron kataloqunda qeyd olunaraq, rəqəmsallaşdırılıb, həmçinin MEK-in həyata keçirdiyi, 2017-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82



FirstPrev12NextLast