AMEA Naxçıvan Bölməsindən MEK-ə kitablar hədiyyə edilib
  
1860

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) kitablar hədiyyə edilib. Kitabları MEK-ə AMEA Naxçıvan Bölməsinin əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə təqdim edib.
Qədim, orta əsrlər və müasir dövr Naxçıvanın tarixi, arxitekturası, ədəbiyyatı və incəsənətini əks etdirən ədəbiyyat siyahısına çağdaş Azərbaycan Respublikasının siyasi həqiqətlərini əks etdirən materiallar da daxildir. Kitablar içində ümummilli lider Heydər Əliyevin həyatına, siyasi fəaliyyyətinə, milli dövlətçiliyə göstərdiyi müstəsna xidmətlərinə həsr olunmuş əsərlər xüsusi yer tutur.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82