MEK-in təşkilati dəstəyi ilə Azərbaycan Cümhuriyyətinin hüquqşünas deputatları adlı tədbir keçirilib
  
1824

İyunun 7-də AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi və Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyi tədbirləri silsiləsindən “Azərbaycan Cümhuriyyətinin hüquqşünas deputatları” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən təşkilatın sədri Səməd Vəkilov bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyəti elan olunduğu ilk gündən Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov kimi hüquqşünas kadrlar respublikanın taleyində müstəsna rol oynayıblar. Təsadüfi deyil ki, hüquqşünas çoxluğun təmsil olunduğu  Cümhuriyyət Parlamentində fəaliyyətdə olduğu iki il ərzində 155 iclas keçirilmiş, bu iclaslardan 10 Milli Şura dönəminə 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət dönəmində olmuşdur. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış bu layihələrdən 230 qanun şəkilində qəbul edilmişdir. Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan  sonra   da bu peşəkar hüquqşünas kadrlar ömürlərinin sonuna qədər mühacirətdə milli  mücadiləni davam etdirmişlər.
S.Vəkilov qeyd etmişdir ki, tədqiqatçılar tərəfindən Cümhuriyyət parlamentinin bir qrup üzvləri araşdırılsa da  Rza bəy Ağabəyov,  Müseyib bəy Axicanov,  Bağır  bəy Rzayev, İsgəndər bəy Axundov, Rəşid bəy Axundzadə, Zeynal Tağıyev, Əbdüləli bəy Əmircanov, Əliəkbər bəy Xasəmmədov, Rəşid xan Qaplanov,  Mirhidayət Seyidzadə, Asəf  bəy Şıxəlibəyov, Məhəmməd xan Təkiniski fəaliyyəti araşdırılmamış və ictimaiət bu barədə məlumatlandırılmamışdır.
Tədbirdə çıxış edən BDU-nin professoru Nəsiman Yaqublu  çıxışında bildirmişdir ki, cümhuriyyət irsinin araşdırılması daha da intensivləşdirlməli, təkcə Azərbaycanın arxivlərində deyil, Cümhuriyyət irsinin sənədlərinin çoxluq təşkil etdiyi Rusiya və Avropa arxivlərində də ciddi iş aparılmalıdr.  Sonra çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru, İctimai Televiziyanın Carçı flim studiyasının əməkdaşı, Mahir Qəribov bildirmişdir ki, ``Cümhuriyyət Parlamentinin hüquqşünas deputatlarının fəaliyyəti tədqiqatçı kimi maraq doğurur. Parlamentin üzvləri, eyni zamanda Cümhuriyyətin 23 yaşlı ən gənc  Daxili İşlər Naziri olmuş Mustafa bəy Vəkilov və Əmək naziri olmuş  Əhməd bəy Pepinov haqqında sənədli film çəkilmişdir. Hesab edirəm ki, sənədli filimlər seriyası davam olunmalıdır.`` 
Tədbirdə Azərbaycan Respublikası  Prezidenti Administrasiyasının ictimai-siyası məsələlər  şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev  çıxış edərək tədbirin vacibliyini vurğulayaraq Prezident İlham Əliyevin bu ili “Cümhuriyyət ili” elan etməsini,  vətəndaş cəmiyyəti institutlarının bu cür tədbirlər keçirməsinin təqdirəlayiq olduğunu bildirmişdir. Tədiqatçı jurnalist Şərq qəzetinin baş redaktoru Akif Aşırlıda cümhuriyyət qurucusu olan jurnalistlərin hər birinin həm də yazar olduğunu vurğulamışdır.Tədqiqatçı Nəzir Əhmədli cümhuriyyət parlamentarilərinin hər birinin həyat hekayəsinin mükəmməl olduğunu və məşəqqətlər dolu olduğunu onların taleyini kövrək hisslərlə oxumamaq mükün olmadığını söylədi.
Sonra tədbirdə iştirak edən Milli Məclisin deputatı  Fazil Mustafa qeyd etmişdir ki, cümhuriyyət irisinin gənclər arasında təbliğ olunması onların milli vətənpərvər ruhda tərbiyə olunmasına zəmin yaradır. Millət vəkili Elman Nəsirov cümhuriyyətin işğalından sonrakı müqavimət hərakatının öyrənilməsinin zəruriliyini bildirmişdir. Tədbirdə Daxili İşlər Nazirliyinin  şəxsi heyətlə iş idarəsinin şöbə rəisi  Orxan Bədəlov da iştirak etmişdir.

 

  İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

 (012) 537 19 82



FirstPrev123NextLast