MEK-də rəhbər heyətin mülki müdafiə məşqi keçirilib
  
1820

İyunun 7-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafıə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının 2018-ci il üçün Mülki müdafiə tədbirlər planına əsasən MEK-də rəhbər, komandir-rəis heyətinin nəzəri bilik və əməli bacarıqlarının təkmiləşdirilməsi məqsədilə keçirilən tədbirdə Fövqəladə hallar komissiyasının sədri, direktor müavinləri, Mülki müdafiə qərargahının üzvləri, MEK-in şöbə müdirləri, Mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.
Tədbirdə MEK-in Mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov ehtimal olunan fövqəladə hadisələr zamanı hərəkət qaydaları, mülki müdafiə siqnalları, zəhərlənmələr, yanğın, zəlzələ, radiasiyadan qorunmanın vasitə və üsulları barədə ətraflı bəhs edib. G.Cahangirov həmçinin, fövqəladə hallar zamanı zədələnmiş insanlara ilkin tibbi yardımın göstərilməsi, xəstəyə süni nəfəsin verilməsi, ürəyin qapalı masajı və digər zəruri məlumatlarları da çatdırıb.





İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82