MEK-də görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş sərgi açılıb
  
1812

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə sərgi açılıb. Sərgi Mikayıl Müşfiqin110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin 17 may 2018-ci il tarixli Sərəncamına əsasən təşkil edilib.

Sərgidə şairin kitabxana fondlarında mühafizə olunan seçilmiş əsərləri - “Duyğu yarpaqları”, “Qaya” (şeirlər və poemalar), “Əbədiyyət nəğməsi”, həmçinin şairin xatirəsinə həsr olunmuş “Mikayıl Müşfiq”, "Müşfiqin duyğu yarpaqları”, "Müşfiqli günlərim”, “Müşfiq incəlikləri”, “Üç budaq”, "Müşfiq və folklor” kimi kitablar nümayiş olunur.

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloqunda qeyd olunaraq Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi iyun ayının 11-dək davam edəcək.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82