“Üçüncü Bahar” sosial layihəsinin qrup üzvləri MEK-ə ekskursiya edib
  
1649

“Üçüncü bahar” sosial layihəsinin qrup üzvləri AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.

 Ekskursiyaya qeydiyyat prosesindən başlayan qrup üzvləri kitabxananın Sərgi salonunda  “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərlərlə tanış olublar. Ziyarətçiləri müşayiət edən MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova qrup üzvlərini Akademik zalda yerləşən Diplomatik  fond, Nadir kitab fondu, Dövri mətbuat fondu, oxu zalları və MEK-in digər informasiya təminatlı məkanları  ilə tanış edib, onlara kitabxananın strukturu və iş prinsipləri barədə geniş məlumat verib. Müzakirə zamanı “Üçüncü Bahar” sosial layihə təsisçilərinin müraciətinə əsasən qrupun MEK-lə əməkdaşlıq çərçivəsində kitabxanada çalışacaq üzvləri üçün kataloqlaşdırma təliminin keçirilməsi qərara alınıb.
Məlumat üçün bildirək ki, bu, qrupun MEK-lə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi ikinci görüşüdür. Qrup üzvlərinə icra etdikləri layihələrdə dəstək olmağa qərar verən Mərkəzi Elmi Kitabxana tərəfindən “Üçüncü bahar”ın üzvü olan yaşlı şəxslərin oxu istirahəti üçün kiril qrafikası ilə çap olunmuş əsərlər, eləcə də audio disklərin təqdim edilməsi nəzərdə tutulub. Qeyd edək ki, “Üçüncü Bahar” sosial layihəsi 2017-ci ildən etibarən fəaliyyət göstərir. Layihənin məqsədi yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili və onların sosial rifahının yaxşılaşdırılmasıdır. Qrup fəaliyyət göstərdiyi dövr ərzində bir sıra tədbirlər və aksiyalar təşkil edib.








İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82

FirstPrev12NextLast