Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən sərgi açılıb
  
1648

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlaqədar sərgi açılıb.

Sərgi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 25 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na əsasən təşkil edilib.

“Azərbaycan Xalq Cümhuriyyəti - 100” başlıqlı sərgidə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” (I və II cild), “Azərbaycanın Paris Sülh Konfransındakı elçiləri”, “İstiqlalın əzablı yolu”, “Azərbaycan Cümhuriyyəti”, “İstiqlal yürüşü - 1918”, “Azərbaycan Demokratik Respublikası: 1918-1920” və digər kitablar nümayiş olunur. Həmçinin AXC-nin 100 illik tarixindən bəhs edən və müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən yazılar ziyarətçilərə təqdim olunur.