MEK-ə “Azərbaycan” adlı tematik markalar albom-kitabı hədiyyə edilib
  
1631

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkəti tərəfindən “Azərbaycan” adlı tematik markalar albom-kitabı hədiyyə edilib.
Şirkətin Azərbaycan və ingilis dillərində çap edilmiş ən son nəşri olan albom-kitabda “Azərbaycan təbiəti”, “Azərbaycan memarlığı”, “Azərbaycan ­– tolerantlıq məkanı”, “Azərbaycanın kosmosdan görüntüləri”,“Azərbaycan idmanı”, “Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət növləri”, “Azərbaycan musiqi alətləri”, “Azərbaycan mətbəxi” bölmələri yer alıb. Albom-kitab MEK-in Nadir kitab fondunda mühafizə olunacaq.
Azərbaycanın  tarixini, mədəniyyətini, incəsənətini, milli adət-ənənələrini dünyada təbliğ etmək baxımından yüksək informativ dəyər kəsb edən albom-kitab MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına da  daxil edilib.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82