Clarivate Analytics (Thomson Reuters) tərəfindən seminar keçiriləcək
  

Clarivate Analytics (Thomson Reuters) tərəfindən AMEA-nın elmi müəssisələrinin əməkdaşları üçün aşağıda qeyd edilən mövzularda seminarın keçirilməsi planlaşdırılır

1.   Tədqiqatçının və elmi müəssisənin nəşr strategiyası (02 may 2018-ci il saat 10.00-13.00)

Academic İntegiry (Akademik bütovlük) – yırtıcı jurnallar və onlarla mübarizə üsullar

Jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyyələr,  nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı

Tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu

Nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər



2.   Müasir Elmi jurnallar: atributlar, göstəricilər, məqsəd və perspektivlər (03 may 2018-ci il saat 14.00-17.00)

Elmi jurnalların yoxlanılması, keyfiyyət və səviyyələrinin qaldırılması istiqamətində praktik tövsiyyələr. Web of Science bazasına daxil olmaq üçün jurnallar qarşısında qoyulmuş şərtlər və meyarlar

Elmi jurnalların əsas elmi və texniki göstəricilərinin təsnifatı (redaktorlar şurası, müəllif, rəyçilər, veb-səhifə, ISSN, doi, elmi bazalarda indeksasiya)

Elmi jurnalların biznes modelləri

Məruzəçi: Biopolymer and Cell jurnalının redaksiya heyətini  rəhbəri, Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi Irina Tixonkova.

Ünvan: AMEA-nın Mərkəzi Elmi Kitabxanası, IV mərtəbə, Böyük Konfrans zalı