MEK-də Vahid Qeydiyyat Sistemi və Milli Rəqəmsal Yaddaş layihəsinin tətbiqi və yenilikləri ilə bağli təlim keçirilib
  
1378

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vahid Qeydiyyat Sisteminin (VQS) təşkili və Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin tətbiqi və yenilikləri ilə bağlı növbəti təlim keçirib. MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanovanın kitabxananın 2016-2019-cu illər üçün nəzərdə tutulmuş strategiyasına əsasən imzaladığı 29 yanvar 2018-ci il tarixli əmrindən irəli gələn vəzifələri izah edib. A.Səfərova əmrdə göstərilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik və Ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinin qeyd olunması, Azərbaycan Respublikası Prezidenti seçkilərinə və III Beynəlxalq “Türk dünyasının ortaq dili – Naxışlar” simpoziumuna informasiya dəstəyinin verilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Muğam Festivalı və MEK-in yeni inşa edilmiş binasında kitabxana fəaliyyətinin 3 illiyinin qeyd olunması ilə bağlı kitabxana xidməti sahəsində görülmüş və tamamlanması nəzərdə tutulan işlər barədə çıxış edib, ortaya çıxa biləcək çətinliklərin həlli yollarını izah edib.
Sonra təlimi MEK-in İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova davam etdirib. G.Əhədova əmrdə göstərilmiş müvafiq mövzular üzrə işlənmiş ədəbiyyat siyahısında korrektə, redaktə, biblioqrafik qeydlər və MRY bazası ilə bağlı məsələlərə toxunub. G.Əhədova 2018-ci ilin yanvar-mart ayları üzrə MRY-a daxil edilən kitabların siyahısını açıqlayıb, elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib. Dəqiqliyin vacib şərt olduğunu vurğulayan təlimçi seçilmiş sənədlərin MRY-a daxil edilməsi ilə bağlı məlumat verib, elektron kataloqlaşdırılmadakı qüsurları dəqiqləşdirərək, düzgün variantları təqdim edib. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallara aydınlıq gətirilib.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82

FirstPrev12NextLast