AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) təcrübə keçən Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri təcrübə üzrə yekun dəyərləndirmədən keçiblər. MEK direktoru Leyla İmanovanın, Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərovanın, İstifadəçilərə xidmət bölməsinin rəhbəri Ofeliya Yunusovanın, BDU-nun Kitabxana-biblioqrafiya kafedrasının müdiri Nadir İsmayılovun və kafedranın müəllimi, tələbələrin təcrübə rəhbəri Xuraman Verdiyevanın sualları əsasında keçirilən ixtisas imtahanında təcrübəçilərin bilik dərəcələri müəyyənləşdirilib. Tələbələr MEK-in strukturu, şöbələrin funksiyası, bölmələrin iş bölgüsü və mexanizmləri, kitabxana işinin təşkili, kitabxana xidməti sahəsindəki fəaliyyət ardıcıllığı, Milli Rəqəmsal Yaddaş, “Açıq kitabxana”, Sərgi salonu, Diplomatik fond, Vahid Qeydiyyat Sistemi və MEK-in digər fəaliyyət istiqamətləri ilə bağlı suallara cavab verərək uğurlu nəticələr nümayiş etdiriblər.
İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com
(012) 537 19 82