MEK əməkdaşları Yel çərşənbəsini ocaq ətrafında qeyd ediblər
  
1283

13 mart 2018-ci il tarixində AMEA Mərkəzi Elmi Kitabxana əməkdaşları Azərbaycan muğam, aşıq sənəti, xalça toxuculuğu, kəlağayı, Lahıc misgərlik sənəti ilə yanaşı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramının Yel çərşənbəsini milli ənənələrə, birliyə, yenilənməyə köklənmiş ovqatda, ocaq ətrafında qeyd ediblər. Məlumat üçün bildirək ki, Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.





İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82