MEK-in dəstəyi ilə Respublika Uşaq Kitabxanası “Milli çalğı alətləri” mövzusunda telegörüş keçirdi
  
1280

13 mart 2018-ci il tarixdə AMEA Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxucularının Ukrayna Milli Uşaq Kitabxanasının oxucuları ilə “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli çalğı alətləri” mövzusunda telegörüş keçirildi.
Görüşdə Georgi Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəbinin tələbələri, 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri, Azərbaycan Avropa liseyinin V sinif şagirdləri ilə Ukraynanın V sinifdə oxuyan məktəbliləri iştirak edirdilər. Görüş zamanı Novruz adət-ənənəsi, milli musiqi, muğam, milli alətlər və uşaqları maraqlandıran bir sıra başqa mövzularda məlumatlandırma və müzakirələr aparıldı, sual-cavab formatında oyunlar keçirildi. Tədbirdə MEK direktoru Leyla İmanova və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova milli köklərin və ənənələrin yaşadılmasından, kitabxanaların milli sərvətin qorunmasında və təbliğində rolundan, xalqın birliyinin milli ənənələrdən qaynaqlanmasından danışdılar. Tədbirdə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin məsləhətçisi Aleksandr Sençenko da iştirak edirdi.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82