“Keçə sənətində kəsişmə nöqtələri” III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək
  

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan    Xalça Muzeyi 2018-ci ilin 25-27 oktyabr tarixlərində AMEA Mərkəzi Elmi        Kitabxanasının (MEK) informasiya dəstəyi ilə Bakı şəhərində “Keçə       sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk   dünyasının ortaq dili – naxışlar” simpoziumunu keçirəcək.


III simpozium iştirakçılarının coğrafiyası Amerika, Avstraliya, Avropa və Asiya ölkələrini əhatə edir. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərslər, keçə məhsullarının yarmarkası və feşn şou təşkil olunacaq.

Simpoziumun məqsədi – türk dünyasının ümumi irsi olan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona qarşı marağın dirçəldilməsi, eləcə də onun müxtəlif sahələrdə tətbiq edilməsidir.

Simpoziumun mövzusu ‒ keçə sənətinin islamdan əvvəlki dövrdən bu günə qədər geniş tarixi diapazonda öyrənilməsidir. Simpoziumun yekunlarına əsasən çıxışlar kitab şəklində çap olunacaq, kitabxanalara paylanacaq, həmçinin görüş iştirakçılarına təqdim olunacaqdır.

Simpoziumun mövzuları:

Keçəçilik ənənə kimi

Keçə müasir incəsənətdə

Keçə moda dünyasında bir trend kimi

Simpoziumun dili:

Çıxışlar Azərbaycan, ingilis, rus və türk dillərində təqdim oluna bilər. Çıxışın reqlamenti 15 dəqiqədir.

Məqalələrə qoyulan tələblər:

Mətnin ölçüsü A4 formatında, Times New Roman şrifti 14, sətrarası məsafə 1,5 mm təşkil etməlidir. Çıxışın xülasəsi ingilis dilində təqdim olunmalıdır.

Simpoziumda çıxış edəcək məruzəçilərin çıxışları topluda nəşr olunacaq. Çıxışlar məruzəçinin çıxış etdiyi dildə 5 səhifə həcmində, xülasə isə 2 səhifə ölçüsündə ingilis dilində nəşr olunacaq.

Məruzələrin qəbulu üçün son tarix: 30 aprel 2018-ci il

Qəbul edilən məruzələrin elan tarixi: 15 iyun 2018-ci il

Simpoziumun keçiriləcəyi tarixlər: 25-27 oktyabr 2018-ci il

Elektron ünvan: felt.symposium@gmail.com

Əlaqə telefonu: (+99412) 497 20 16