MEK-də Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
  
1228

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “1mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib.
MEK əməkdaşlarının və oxucuların iştirakı ilə keçirilən təlim xarakterli tədbir “Mülki Müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusuna həsr olunub. MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yaranma tarixi barədə məlumat verib. Bildirib ki, BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə günü" kimi qeyd edilir. BMMT ona üzv olan ölkələrdə baş verən fövqəladə hallarda əhaliyə yardım göstərir, mühafizə xidmətini inkişaf etdirir, gücləndirir və əlaqələndirir. Azərbaycan Respublikası bu təşkilatın üzvlüyünə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
G.Cahangirov yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı MEK kollektivinə və oxuculara geniş məlumat verib. Təlimdə, mülki müdafiə zamanı istifadə olunan texniki avadanlıq və cihazlar nümayiş etdirilib, onların təyinatı və iş prinsiplərindən danışılıb. Qeyd olunub ki, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı kitabxana ərazisində MM planlarının reallığının əks etdirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli, dərindən təhlil edilməsdir. Təlimdə AMEA-nın II xüsusi şöbəsinin rəis müavini Fərid Xanlarov və həmin şöbənin mütəxəssisi Natiq Mehdiyev də iştirak edib.
Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxanada hər il ənənəvi olaraq MEK-in Mülki Müdafiə qərargahı tərəfindən Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirlər həyata keçirilir.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82

FirstPrev12NextLast