“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” mövzusunda müsabiqə keçiriləcək
  

AZƏRBAYCAN   SU   TƏSƏRRÜFATI   İŞÇİLƏRİ  HƏMKARLAR
 İ
TTİFAQI
  RESPUBLİKA 
KOMİTƏSİ

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” mövzusunda 
M Ü S A B İ Q Ə elan edir

Müsabiqənin təşkil edilməsində məqsəd  Cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, bu istiqamətdə  maariflənmə işini gücləndirmək, elmi potensialı olan tədqiqatçıları  bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun olaraq, yazı  nümunələrini hazırlamalıdırlar:

Azərbaycan Xalq Cümhuriyyəti  1918-1920-ci illərdə;

Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial və mədəniyyət  siyasəti;

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi perspektivləri ;

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli qadın siyasəti;

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil və səhiyyə;

Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi siyasətin məqsədləri, mexanizmləri və əsas istiqamətləri;

Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq arenada;

Azərbaycan Xalq Cümhuriyyəti dövründən günümüzə qədər Azərbaycan Türk dünyasında ;

Azərbaycan –Türkiyə Əlaqələri;

Azərbaycan Xalq Cümhuriyyətinin  geosiyasi mövqeyi;

Azərbaycan Respublikası  Sovet İttifaqı dövründə;

Sovet dövründə beynəlxalq münasibətlər və.s

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

Elmi yenilik, mövzunun əhatə olunması, fərdi yanaşma;

Oxucu üçün informasiyalılıq dərəcəsi;

Dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

Cari vəziyyəti və nəticələri analiz etmək;

Statistik məlumatları analiz etmək;

Mənbələri qeyd etmək.

Müsabiqənin tələbləri:

Müsabiqə ilə  maraqlanan HƏR KƏS iştirak edə bilər.

Hər iştirakçı müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;

Hazırlanan məqalələr müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də dərc olunmamalıdır;

Məqalə 2000-8000 işarə həcmində olmalıdır;

Mətn Times New Roman 14, sərlövhələr 16 şriftlə yazılmalıdır.

Müsabiqə üçün təqdim ediləcək yazılar arasından 10 ən yaxşı yazı seçiləcək və hər qalibə 350 AZN  mükafat veriləcəkdir.Qaliblər  Münsiflər heyəti (Münsiflər heyəti – xüsusi meyarlarla seçilmiş, xarici ölkələrdə dövlət dəstəyi ilə müxtəlif mövzularda həyata keçirilən layihələrin rəhbərləri və müsabiqə istiqaməti üzrə təcrübəli elmi mütəxəssislərdən ibarətdir) tərəfindən seçiləcək.Materiallar Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilə bilər. Müsabiqəyə göndərilən məqbul məqalələr  Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Elm və İnnovativ Texnologiyalar” adlı beynəlxalq elmi jurnalında dərc olunacaqdır.

Müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix: 10 sentyabr 2018-ci il.    Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir – 

xeyale.mammadova@azersu.az, gunay.hasanli@azersu.az 
Əlaqə telefonları:
  (012) 431 47 67 (4423, 2272)