MEK-in təlim iştirakçısı tərəfindən böyük dramaturq Cəfər Cabbarlının qızı Gülarə Cabbarlıya aid məqalə yaradılıb
  
1097

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya təlim iştirakçısı tərəfindən Azərbaycanın böyük dramaturqu və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlıya aid məqalə yaradılıb. Məqalə Vikipediyanın Azərbaycandilli bölməsində yerləşdirilib.
Məqalədə qeyd olunub ki, görkəmli dramaturq Cəfər Cabbarlının qızı, filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olan Gülarə Cabbarlı 1930-cu ildə Bakıda dünyaya gəlib. O, 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş “Cəfər Cabbarlı Mükafatı”nı, yazıçının əsərlərinin toplandığı “Mənim tanrım—gözəllik”, “XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu” adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət “Azad bir quşdum” adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən G.Cabbarlı eyni zamanda “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri kimi fəaliyyət göstərib.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82