MEK-də "Klassik homeopatiyaya giriş" mövzusunda seminar keçirildi
  
1094

AMEA Mərkəzi Elmi Kitabxanasında "Klassik homeopatiyaya giriş" mövzusunda seminar keçirildi. Seminar Yunanıstanın Beynəlxalq Homeopatiya Akademiyasının (International Academy of Homeopathy) məzunu İlyas Axundzadə tərəfindən aparılıb. Məruzəçi iştirakçıları "klassik homeopati" adlanan alternativ tibb üsulu ilə tanış edib. 18-ci əsrdə Almaniyada yaranan bu sistem hazırda Hindistan, Yunanıstan, İngiltərə, İsveç və Amerikada yayılıb. Seminar iştirakçıları homeopatiya haqqında ətraflı məlumatlandırıldıqdan sonra İ.Axundzadəyə suallar ünvanlayıblar. Məruzəçi sualları ətraflı şəkildə cavablandırıb.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82