MEK-ə yanvar ayında daxil olan sənədlər
  
1073

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) yanvar ayı ərzində ümumilikdə 1364 sənəd daxil olub. Onlardan 18-i dissertasiya, 80-i avtoreferat, 92-si hədiyyə kitab, 247-i hədiyyə jurnal, 303 pulsuz, məcburi nüsxə kitab, 141 pulsuz və məcburi nüsxə jurnal, 54 elektron resurs, 429 -u isə qəzetdir. Sənədlərdən bir çoxu strateji dəyəri baxımından MEK-in Milli Rəqəmsal Yaddaş bazasına salınıb. “Azərbaycan arxeologiyası”, “Statistika xəbərləri”,  “Литературный Азербайджан”, “AMEA-nın xəbərləri İqtisadiyyat seriyası", “Fəlsəfə və sosial-siyasi elmlər”, “Vətəndaş cəmiyyəti”, “Azərbaycan xalçaları”, “Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri” və s. sənədlər bu siyahıya  daxildir.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82