MEK-ə “Azərbaycana göndərilən Peyğəmbərlər” adlı monoqrafiya daxil olub “Dilimizin keşikçisi”
  
1064

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Azərbaycana göndərilən Peyğəmbərlər” adlı monoqrafiya daxil olub. Monoqrafiyanın müəllifi  filologiya üzrə fəlsəfə doktoru Hacı Firudin Qurbansoy, elmi məsləhətçisi akademik Vasim Məmmədəliyevdir.

Monoqrafiyada Azərbaycan məmləkətinin ruhani-sakral sferası təhlil olunur, Azərbaycana göndərilən peyğəmbərlərdən geniş bəhs edilir. İbrahim, Nuh, İdris, Xızır, İlyas, Hənzələt ibn Süvfan və Cərcis peyğəmbərlərin həyatından danışılır.

Müəllif qədim qaynaqlara istinad edərək belə qənaətə gəlir ki,  qədim tarix boyu Azərbaycan xalqına  çoxsaylı peyğəmbərlər göndərilmiş və onlar öz missiyalarına uyğun, insanları doğru olan Allah yoluna yönəltməyə çalışmışdır.  Müəllif ön sözdə yazır. “İnsan ruh və bədəni birləşdirən canın vəhdətindən canlanır. Ünsürlərə görə, bədən özlüyündə nəm torpaq, ruh od, can havadır. Bədən canla birgə bu dünyanın ləzzətlərinə, ruh isə ilahi bilgilərə can atır. Allah yaratdığı hər bir insanı başlı-başına buraxmayıb. Eyni zamanda hər bir fərd öz hərəkətlərində azaddır; istər  çətin və şərəfli Allah yolunu seçər, istər  asan və ləyaqətsiz İblis prospektini. Bu məsələni aydınlaşdırmaq üçün zaman-zaman tayfa,  xalq və millətlərin hər birinə öz dillərində danışan peyğəmbərlər göndərilib” .

“Azərbaycana göndərilən Peyğəmbərlər” monoqrafiyasından  “Azərbaycanşünaslıq”, “Peyğəmbərlər tarixi” və “Multikulturalizm”  fənlərindən dərs vəsaiti kimi müəllimlər, doktorant, magistr və bakalavr mərhələsində təhsil alan tələbələr istifadə edə bilər. Mənbə həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82