“Azərbaycan Cümhuriyyəti – 100” müsabiqəsi
  
 Azərbaycan Milli Elmlər Akademiyasi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix–Memarliq Qorugu İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində 35 yaşa qədər gənc tədqiqatçılar arasında “Azərbaycan Cümhuriyyəti – 100”adlı elmi əsərlər müsabiqəsini elan edir.
Müsabiqənin şərtləri:
a) müsabiqəyə qədər heç yerdə dərc edilməyən məqalələr qəbul edilir;
b) işlərin məzmununa dair əsas tələblər: tarixi faktlar və etibarlı mənbələrdən istifadə; orijinallıq; plagiat elementlərinin olmaması; elmi yenilik, mövzunun əhatə olunması, fərdi yanaşma; materialın oxucu üçün məlumatlılıq səviyyəsi; dil və üslub xüsusiyyətləri, bədii–estetik ifadəsi.
c) məqalələr Times New Roman şrifti ilə; ölçü 14; sətirarası interval 1,5; simvol sayı 25000–30000 (A4 formatda 10–12 səhifə) olmaqla qəbul edilir;
ç) materiallar Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilə bilər;
d) təqdim olunacaq məqalələr elektron formada 01 mart 2018–ci il tarixədək musabiqe@icherisheher.gov.az ünvanına göndərilməlidir;
e) məqalə ilə birlikdə iştirakçının özü haqqında aşağıdakı məlumatlar da göndərilməlidir:  pasport məlumatları (soyadı, adı, atasinin adı, təvəllüdü, qeydiyyat ünvanı) təmsil etdiyi ali məktəbin və ya elm müəssisəsinin adı, ünvanı; vəzifəsi, fakültənin, kafedranın, şöbənin adı və s;
Qaliblərə pul mükafatı veriləcək. I yer –- 1000 AZN; II yer - 500 AZN; III yer – 300 AZN; IV yer – 200 AZN
Ən yaxşı məqalələrin müəllifləri 2018–ci ilin may ayında “İçərişəhər" Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsinin inzibati binasında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirdə mükafatlandırılacaq. Müsabiqəyə göndərilən məqbul məqalələr ““İçərişəhər”” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsinin “Elmi araşdırmalar” toplusunda dərc olunacaq.
Əlavə məlumat almaq istəyənlər aşağıdakı nömrələrlə əlaqə yarada biərlər.

(012) 4976359 (Nərmin Aliyeva), (012) 4373175 (Нәсәг Alxasova)