MEK-də “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən professor Əliyar Səfərlinin biobiblioqrafik göstəricisi tərtib olunub
  
857

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əliyar Səfərli əlli ildən artıq klassik Azərbaycan ədəbiyyatı nümunələrinin araşdırılması  və nəşrə hazırlanması istiqamətində  yorulmadan çalışmış, Azərbaycan  elminə dəyərli töhvələr vermiş alimlərimizdəndir.

Orta əsrlər Azərbaycan ədəbiyyatının dərin tədqiqatçısı olan Əliyar Səfərlinin biobiblioqrafik göstəricisi 1963-2017-ci illəri əhatə edir. Göstəricidə alimin həyatı və elmi-pedaqoji fəaliyəti öz əksini tapıb. Göstərici 7 bölmədən ibarətdir.

Kitabda “Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Əliyar Səfərli haqqında” bölməsində tanınmış ziyalılardan bir neçəsinin alim haqqında yazıları da verilib.

Biobiblioqrafik göstəricidə materiallar xronoloji ardıcıllıqla, illər daxilində əlifba sırası ilə qruplaşdırılıb.  

Biobiblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə vəsaitin sonunda soraq-axtarış aparatı: əsərlərinin, müştərək və haqqında yazan müəlliflərin  əlifba göstəricisi verillib.

Biobiblioqrafik göstərici filoloji elmlər sahəsində çalışan alim və mütəxəssislər, ali və orta ixtisas məktəblərinin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82