AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə töhfələrini veriblər.
  

Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu günə qədər Vikipediyada Azərbaycan hərb tarixi ilə bağlı 100-dən çox məqalə yaradılıb, redaktə olunub.

Qeyd edək ki, könüllülər həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra Silahlı Qüvvələrimizin fəaliyyəti ilə bağlı, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində əldə etdiyi uğurlar barəsində bir çox məqalə yaradıblar.

Məlumata görə, bu təşəbbüs çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinə aid məlumatların xaricidilli Vikipediyalarda yerləşdirilməsində “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əsaslı töhfəsini olub.

Bu fəaliyyət çərçivəsində 94 yeni məqalə yaradılıb,14 məqalə əsaslı redaktə edilib və 16 məqalə isə müxtəlif dillərə tərcümə olunub.

Mətbuatda biz:
publika.az
milli.az
modern.az
karabakhmedia.az