Vikipediyada Kəlbəcərdə baş vermiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb
  
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləritərəfindən Kəlbəcər rayonunda ermənilərin törətdiyi “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb. Məqalədə 25 il bundan əvvəl Kəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğınlar haqqında faktlar təqdim olunub. 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcərin Başlıbel kəndində ermənilər tərəfindən törədilmiş vəhşiliklər və mühasirəyə düşən 73 kənd sakininin faciəvi aqibəti təsvir olunub. Faciə ilə bağlı 2017-ci ildə Azərbaycan və ingilis dillərində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” adlı kitab nəşr olunub. Kitabda ermənilərin Başlıbel kəndində törətdiyi qırğının canlı şahidlərinin fikirləri yer alıb, həmçinin, mühasirədə qalan uşaqların, qocaların və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilib.