Vikipediyaya 31 mart soyqırımı ilə bağlı məqalələr yerləşdirilib
  

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılan “Qorqud” viki klubunun könüllüləri tərəfindən azərbaycanlıların 1918-ci il 31 mart soyqırımına həsr olunan məqalələr yaradılıb.

Məqalələrdən biri Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918–ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyası ilə bağlıdır. Burada komissiyanın fəaliyyəti və qərarları əks olunub. “Mart soyqırımı” məqaləsində 1918-ci il martın 30-dan və aprelin 3-dək Bakı şəhəri, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun” partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktları əksini tapıb. “Vikipediya”da yaradılan digər məqalələr isə Cənubi Azərbaycan, Lənkəran (1917-1919), Naxçıvan (1917-1920-ci illər), Qarabağ (1918-1920), Zəngəzur (1918-1920) bölgələrində baş vermiş soyqırımlarına həsr olunub.

Mətbuatda biz:
azertag.az