Türk ordusunun azərbaycanlı polkovniki Aslan Hacızadə
  

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçıları tərəfindən AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.

“Azərbaycanca Vikipediya”da AXC ordusunun topçu briqadasının zabiti, Qurtuluş savaşının iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Aslan Hacızadə (Berkan) haqqında məqalə yaradılıb. 

Məqalə tanınmış müstəqil tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında hazırlanıb.

A.Hacızadə 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan Tərtər şəhərində anadan olub. Şamxor döyüşündə, Qarabağ döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında iştirak edib. O, Türkiyəyə mühacirət etdikdən sonra bir müddət Aslan Qarabağlı olaraq tanınsa da, bu ölkədə soyad qanununun çıxmasından sonra Berkan soyadını götürüb.  Türkiyə Qurtuluş Savaşında iştirak edib. Sarıqamışın Qarsın Gümrünün  geri alınmasında iştirak edir. A.Hacızadə 1957–ci il mayın 7-də Türkiyənin İzmir şəhərində infarktdan vəfat edib.

Mətbuatda biz:
azertag.az
milli.az
publika.az
modern.az
teleqraf.com
karabakhmedia.az